Səudiyyə kinoteatrlara qadağanı qaldırır

Səudiyyədə kinofestival, oktyabr, 2017-ci il

Səudiyyə Ərəbistanı hökuməti gələn il krallıqda kommersiya kinoteatrlarına icazə veriləcəyini bildirib.

Mədəniyyət və İnformasiya Nazirliyi dekabrın 11-də bildirib ki, “35 ildən sonra ilk dəfə olaraq 2018-ci ilin əvvəlində kommersiya kinoteatrlarının fəaliyyətinə icazə veriləcək”.

Nazirlik 2030-cu ilədək ölkədə 300 kinoteatrın açılacağını bildirib.

Sünnilərin idarə etdiyi krallıqda kinoteatrlar 1980-ci illərin əvvəlində, sərt xətt tərəfdarlarının təzyiqi nəticəsində bağlanıb.

Qadağanın tənqidçiləri isə deyirdilər ki, internet əsrində bunun mənası yoxdur.

Qadağanın qaldırılması vəliəhd şahzadə Mohammed bin Salman-ın islahatları çərçivəsində baş verir.

Gələn ildən krallıqda qadınların maşın sürməsinə də icazə verilir.