Rusiyada Khodorkovsky-nin saytına çıxış bağlanıb

Mikhail Khodorkovsky

Rusiya hakimiyyəti Açıq Rusiya demokratiya və mülki cəmiyyət qrupunun vebsaytına girişi əngəlləyib. Bu qrupun yaradıcısı keçmiş neft maqnatı Mikhail Khodorkovsky-dir.

Açıq Rusiya dekabrın 11-də bildirib ki, OpenRussia.org vebsaytı Rusiyada media tənzimləyici orqanı olan Roskomnadzor tərəfindən qara siyahıya salınıb, saytın “qarışıqlığa çağırdığı” bildirilib.

Apreldə prokurorlar Açıq Rusiyanı “arzuolunmaz təşkilat” adlandırıb, onu “hökumət əleyhinə fəaliyyət”də ittiham edib.

Son aylar ərzində qurum əməkdaşlarının evlərində axtarış aparılıb, iki əməkdaşı cərimələnib.

Khodorkovsky vergidən yayınma və digər ittihamlarla 10 il həbs cəzası çəkib. Ona ittihamlar siyasi motivli hesab olunub.

Prezident Vladimir Putin 2013-cü ildə onu əfv edəndən sonra ölkədən çıxıb və hazırda Qərbi Avropada mühacirət həyatı yaşayır.