Rusiya Yəməndən diplomatik heyətini çıxarır

Yəməndə husi yaraqlıları, 4 dekabr, 2017-ci il

Rusiya Yəməndən bütün diplomatik heyətini çıxarıb və Moskva bu ölkədə təhlükəsizlik durumunun pisləşməsi səbəbindən diplomatik mövcudluğunu müvəqqəti olaraq təxirə salıb. Bunu Rusiyanın Xarici İşlər Nazirliyi dekabrın 12-də bildirib.

Rusiyanın səfiri və diplomatik heyətin bir qismi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddan fəaliyyət göstərəcək, nazirliyin sözçüsü Maria Zakharova deyib.

Əslində, Rusiyanın səfiri Vladimir Dedushkin ötən ildən Ər-Riyaddan işləyir.

Moskva ötən həftə xəbərdarlıq edib ki, Yəmən “hərbi-siyasi xaosa” sürüklənmək riskiylə üz-üzədir.

Səudiyyə Yəmən hökumətini dəstəkləyir və bu hökumət 2014-cü ildən İranın dəstəklədiyi husi yaraqlıları ilə mübarizə aparır. Yaraqlılar həmin il paytaxt Sanaaya nəzarəti ələ alıblar.

Səudiyyə isə Sanaaya giriş limanlarını blokadaya alır.

Yəməndə vətəndaş müharibəsində 9 minə yaxın adam həlak olub. BMT bu ölkənin dünyanın ən pis humanitar böhranıyla üzləşdiyini deyir.