Qırğızıstanın yeni prezidenti Sooronbai Jeenbekov qonşu Özbəkistana rəsmi səfərdədir.
Noyabrın 24-də vəzifəsinin icrasına başlamış Jeenbekov dekabrın 13-də Daşkəndə iki günlük səfərə gedib.
Jeenbekov-un özbəkistanlı həmkarı Shavkat Mirziyoev-lə iqtisadi, siyasi və mədəni əlaqələri müzakirə edəcəyi gözlənir.
O, Özbəkistana çatan kimi 25 ildən çox bu ölkəni idarə etmiş avtokrat lideri Islam Karimov-un abidəsi önünə gül qoyub.
Jeenbekov və Mirziyoev-in 1991-ci ildə Sovet İttifaqı dağılandan bəri gərginlik mənbəyinə çevrilmiş qırğız-özbək sərhədi məsələsini də müzakirə edəcəyi gözlənir.
Sərhəddə saysız münaqişələr olub, ancaq Karimov-un ölümündən sonra gərginlik azalıb.