Azərbaycan əsgəri həlak olub

Azərbaycan əsgəri

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Fizuli Salahov həlak olub.

Bu barədə bu gün, dekabrın 14-də Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, o, Ermənistan silahlı bölmələrinin açdığı atəş nəticəsində həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi mərhumun əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Ancaq tərəflər hələ də bir-birlərini atəşkəsi pozmaqda ittiham edir. Bəzi günlər isə cəbhədən qarşılıqlı itki xəbərləri də gəlir.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.