Pakistandan çıxarılan yardım qurumları xəbərdarlıq edir

Pakistan, arxiv fotosu

Pakistandan çıxması əmr edilən beynəlxalq yardım qurumları xəbərdarlıqla çıxış edib. Onlar deyirlər ki, zorakılıq və təbii hadisələrin yüz minlərlə qurbanı yaşamaq üçün vacib yardımdan məhrum ola bilər.

Pakistan hakimiyyəti 20-dən artıq qlobal yardım təşkilatına göstəriş verib ki, iki ay ərzində əməliyyatlarını yekunlaşdırsınlar. Bu qurumlar içində milyarder George Soros-un açıq Cəmiyyət Fondu, ActionAid qadınların xeyriyyə cəmiyyəti də var.

Açıq Cəmiyyət fondunun məlumatına görə, onların bu əmrdən şikayət vermək üçün 90 günləri var, ancaq “bu prosesin necə idarə olunacağı aydın deyil”.

2005-ci ildən bəri Soros təşkilatı zəlzələ nəticələrinin aradan qaldırılmasına 3 milyon, ərzaq yardımına isə 6 milyon dollar ayırıb.

Xarici yardım qruplarını təmsil edən Pakistan Humanitar Forumu bildirib ki, onların bu ölkədəki işindən birbaşa 29 milyon nəfər faydalanır.

Məlumatda bildirilir ki, 2016-cı ildə xarici yardım qrupları inkişaf və fövqəladə hadisələrə görə 285 milyon dollar ayırıb və 5 mindən çox yerli sakini işə götürüb.

Hökumət humanitar qruplara qarşı addımlara hələ iki il öncədən başlayıb, onlardan bəzilərinin Qərb ölkələri üçün casus kimi çalışmasıyla bağlı şübhələr olduğunu deyib.