Yaxın zamanlarda Azərbaycanda daha 2 zavodun açılması gözlənilir

Müdafiə sənayesi naziri Yavər Camalov

Bu, müdafiə sənayesi naziri Yavər Camalovun “Azərbaycan” qəzetində dərc edilən məqaləsində belə qeyd edilib.

Nazir yazır ki, artilleriya, tank toplarından ötrü müxtəlif çaplı mərmilərin isti ştamplanması və mexaniki emalı, həmin mərmilərin atəş yığımlarının gilizlərinin istehsalı zavodlarının açılışları nəzərdə tutulur:

«“Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” respublikanın digər qurumları ilə yanaşı, Müdafiə Sənayesi Nazirliyinin də qarşısında böyük öhdəliklər qoyub. Hazırda, dövlət proqramının icrası ilə əlaqədar Müdafiə Sənayesi Nazirliyinin kollektivi qarşısında qoyulan mühüm vəzifələrin icrası istiqamətində işlər davam etdirilir. Belə ki, ötən illərdən icrasına başlanan, tikinti işləri başa çatdırılan 56 istehsal müəssisəsi ilə yanaşı, cari ilin iyununda, Silahlı Qüvvələr günü ərəfəsində daha 2 istehsalat müəssisəsində kompleks tamamlanma işləri başa çatdırılıb və Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Bununla da istifadəyə verilən istehsal müəssisələrinin sayı 58-ə çatıb».

Buna da bax: Azərbaycan növbəti böyük, beynəlxalq layihəsini işə saldı, sonra... [video]