İdmançılara ev verilib

İlham Əliyev

Prezidentin çıxışından sonra 2017-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara, mütəxəssislərə mükafatlar, fəxri adlar və diplomlar təqdim olunub.

Dövlət başçısı həmçinin, bu il yüksək nailiyyətlər göstərən bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini də təqdim edib.

Prezident ilin idman göstəricilərini dəyərləndirir

Bu gün, dekabrın 18-də Milli Olimpiya Komitəsində (MOK) 2017-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilir.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev və onun xanımı, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyeva mərasimdə iştirak edirlər.

Dövlət başçısı tədbirdə çıxış edir.