Rusiyada rəsmi seçki kampaniyası başlanır

Moskvada rəsmi poster

Dekabrın 18-dən Rusiyada rəsmi seçki kampaniyası başlanıb. Namizədlər 20 gün ərzində qeydiyyat sənədlərini Mərkəzi Seçki Kampaniyasına təqdim etməlidirlər.

Müstəqil namizədlərdən qeydiyyata alınmaqdan ötrü azı 300 min imza, parlamentdə təmsil olunmayan namizədlərdən azı 100 min imza tələb olunur.

Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova dekabrın 15-də deyib ki, indilik, azı 23 nəfər prezidentliyə namizədliyini vermək niyyətini açıqlayıb.

Prezident Vladimir Putin də seçkiyə gedəcəyini bildirib. O, dekabrın 14-də jurnalistlərə deyib ki, seçkiyə hakim Vahid Rusiya partiyasından deyil, müstəqil namizəd kimi gedəcək.