Orduda 'Açıq qapı' günü keçiriləcək

Müdafiə Nazirliyi

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

Məlumatda bildirilir ki, dekabrın 30-da saat 11.00-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək.

Xəbərə görə, ziyarətçilər, ictimaiyyət, KİV nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

Buna da bax: Aqil Abbas: 'Məndən olsa, ordu mövzusunda hərbi senzura tətbiq olunmalıdır'

Müxtəlif hərbi hissələrdə keçiriləcək «Açıq qapı» günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Yanvarın 1-i və 2-si də Yeni illə bağlı qeyri iş günləridir.