Vyanada məhkəmə ukraynalı oliqarx Dymitro Firtash-ı Avstriyadan İspaniyaya ekstradisiya etməməklə bağlı qərar çıxarıb. Madridin Firtash-ın suçlandığı ittihamlarla bağlı yetərincə dəlil təqdim etmədiyi bildirilir.
Vyana Ali Regional Məhkəməsi qərarı dekabrın 19-da çıxarıb. Firtash çirkli pulyuma və mütəşəkkil cinayətkarlıqda ittiham olunsa da, bu ittihamları sübuta yetirəcək dəlilin az olduğu bildirilir.
52 yaşlı milyarderi Birləşmiş Ştatlar ekstradisiya etmək istəyir, bu ölkədə o, Hindistanda mədənçilik sahəsində hüquq əldə etməkdən ötrü 18,5 milyon dollar rüşvət vermək cəhdində suçlu bilinir.
Firtash bütün ittihamların siyasi motivli olduğunu, onun Ukraynada siyasi nüfuzunu daraltmaq məqsədi güddüyünü bildirir.
Firtash Ukraynanın keçmiş rusiyapərəst prezidenti Viktor Yanukovych-in əsas donoru idi.
Yanukovych devriləndən sonra Firtash Rusiyaya qaçıb, daha sonra Avstriyaya gedib və orada 2014-üc ildə ABŞ-ın xahişiylə həbs olunub.
125 milyon avro müqabilində azad edilən Firtash-ın Avstriyadan çıxması qadağan olunub.