İranlı akademik etirafa məcbur edildiyini deyir

Belçikada Ahmadreza Djalali-nin buraxılmasını tələb edən aksiyadan plakat, arxiv fotosu

Tehranda casusluq ittihamıyla edama məhkum olunmuş İran əsilli isveçli akademik İran dövlət televiziyasının yayımladığı etirafa məcbur edildiyini deyir.

Stokholmda Karolinska İnstitutunun tədqiqatçısı Ahmadreza Djalali audio yazıda deyib ki, hakimiyyət ona azadlıq boyun olaraq etirafa məcbur edib.

Dekabrın 17-də dövlət televiziyasının yaydığı videoda Djalali iranlı nüvə alimləri barədə xarici kəşfiyyat xidmətinə informasiya ötürdüyünü etiraf edirdi.

Səs yazısında isə o, etirafı fiziki təzyiq altında verdiyini açıqlayıb.

Ailə üzvləri dekabrın 19-da BBC-yə müsahibədə audionun həqiqiliyini təsdiqləyin, alimin səsini həbsxanada yazdığını deyiblər.

46 yaşlı Djalali ötən ilin aprelində casusluq ittihamıyla saxlanıb. Özü və ailəsi ittihamları rədd edib.

İranda bundan öncə də siyasi məhbusların televiziya vasitəsilə “etiraflar”ı geniş yayılmış bir praktikadır. Onlar buraxılandan sonra həmin etiraflara məcbur edildiklərini bildiriblər.