Rusiyalı araşdırmaçı jurnalist Elena Milashina Harvard Universitetinin jurnalistikada bütövlük mükafatına layiq görülüb. O, “Novaya Gazeta”nın müxbiri kimi Çeçenistanda geylərin məruz qaldığı təzyiqləri ictimailəşdirdiyinə görə bu mükafatı alacaq.
Harvardın Neiman jurnalistika təqaüdçüləri dekabrın 20-də onu da qeyd ediblər ki, azərbaycanlı araşdırmaçı jurnalist Xədicə İsmayılovanın işinə “”xüsusi diqqət” ayırırlar və onun da bu mükafatı namizədliyi nəzərdən keçirilib.
Harvard qrupu Milashina-nı “Rusiyada insan haqları pozuntularına dair ciddi və davamlı araşdırmaçı fəaliyyəti və eyni zamanda güclü fiqurların hədələrinə məruz qalması”na görə seçdiyini bildirir.
Milashina bu il Çeçenistanda yüzlərlə homoseksualın təqib olunması, saxlanması və işgəncə görməsinə dair məlumat yayıb. O, daha öncə Çeçenistandan insan haqları müdafiəçisi Natalia Estemirova-nın qətlini müstəqil araşdırmasına görə tanınıb.
Jurnalist həmçinin Kursk sualtı qayığının batması, Moskva və Beslanda girov böhranlarını araşdırıb, 2008-ci il Rusiya-Gürcüstan münaqişəsi zamanı hər iki tərəfin törətdiyi vəhşilikləri sənədləşdirib.
Mükafat Milashina-ya gələn ilin əvvəlində Harvard Universitetində təqdim olunacaq.