Deputatlar Türkiyəyə gedir

Milli Məclis

Bir qrup deputat Türkiyəyə səfər edəcək.

Bu haqda Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlardan Musa Quliyev, Məlahət İbrahimqızı və Sədaqət Vəliyeva dekabrın 24-də İstanbula səfər edəcəklər.

Onlar İstanbulda keçiriləcək “Kök hüceyrələrinin tibdə tətbiqi” mövzusunda konfransa qatılacalar. Tədbiri Türkiyənin Liv Hospital Xəstəxanaları Qrupu və İstinye Universitetitəşkil edir.

Deputatlar, eyni zamanda, icbari tibbi sığortanın tətbiqi və işləmə mexanizmləri sahəsində Türkiyənin təcrübəsiiləyaxından tanış olacaqlar.

Səfərin dekabrın 28-də başa çatacağı bildirilir.

Azərbaycanda icbari tibbi sığorta, hələ ki, bütün ölkə ərazisində tədbiq edilmir.

Yalnız pilot layihə kimi ölkənin iki bölgəsində işə düşüb.Hökumət rəsmiləri 2019-cu ildə bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiq ediləcəyini vəd edirlər.