Prezident Hövsanda sosial binanın təməlini qoyub

Arxiv fotosu

Bu gün, dekabrın 24-də prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ikinci layihəsi olan Hövsan yaşayış kompleksində inşa ediləcək ilk yeddimərtəbəli binanın təməlqoyma mərasimi keçirilib.

president.az saytının yazdığına görə, Azərbaycan prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev dövlət başçısına layihə barədə məlumat verib

Prezident İlham Əliyev yaşayış kompleksində inşa ediləcək ilk binanın təməlini qoyub.

Xatırlatma

Mənzil İnşaatı Dövlət Agentliyi "vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəmək» məqsədilə prezident İlham Əliyevin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. «MİDA» MMC onun tabeliyindədir.

MİDA-nın birinci layihəsində Yasamal rayonu ərazisində 29 yaşayış binasının tikilməsi nəzərdə tutulur.

«MİDA» MMC yaşayış binasının tikintisi üzrə özəl şirkətlər arasında müsabiqə keçirib. Artıq, tikinti işlərinə başlanıb.

Müsabiqə şərtlərinə əsasən, qalib şirkət inşa edəcəyi bir neçə binadan birini MİDA-nın sərəncamına verəcək. Həmin binadakı mənzillər «Güzəştli mənzil» elektron sistemi vasitəsilə satışa çıxarılaсaq və güzəştlə mənzil əldə etməli şəxslərə təklif olunacaq.