Bugünkü qaçqınlar öz evlərini Cozef və Məryəmin İsa doğulmamışdan evlərindən çıxdıqları kimi tərk edirlər. Bunu papa Francis Milad mərasimində deyib.
“Cozeflə Məryəmin ayaq izlərində gizlənmiş xeyli başqa ləpirlər də var. Bu gün evlərindən çıxmağa məcbur edilmiş bütöv ailələr görürük”, – Francis dekabrın 24-dən 25-nə gecə Vatikandakı St. Peter’s kilsəsindəki ayində söyləyib.
Papa vurğulayıb ki, bir çox hallarda evlərini tərk edənlər gələcəyə ümidlə baxırlar, bir çoxları üçünsə bunun bircə adı var: salamat qalmaq.
Papa deyib ki, “xoş qarşılanmayan, şəhərlərimizdə, küçələrimizdə gəzən, qapılarımızı döyən hər bir qonağın üzərində Allahın izləri var”.
Kilsədəki mərasimdə 10 min nəfər iştirak edib, xeyli adamsa onu bayırdakı meydandan izləyib.