Şimal-qərb küləyi gözlənir

Günəş

Dekabrın 26-da Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir. Arabir güclənən şimal-qərb küləyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.

Dekabrın 26-da Azərbaycanın rayonlarında da hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi bildirilir. Lakin Böyük Qafqazın bəzi yerlərində yağıntı olacağı vurğulanır. Gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti təxmin edilir.