Sobchak seçkinin boykotunu dəstəkləmir

Ksenia Sobchak

Teleaparıcı Ksenia Sobchak Aleksei Navalny-nin prezident seçkisinə buraxılmamasını “böyük ədalətsizlik və hakimiyyətin növbəti səhvi” adlandırıb. Ancaq o, müxalifət fəalının seçkini boykot çağırışını dəstəkləməkdən imtina edib.

Sobchak Navalny-nin 2011-ci ildə verdiyi bəyanata istinad edib, Navalny demişdi ki, boykot “işlək deyil və siyasi mübarizə baxımından mənası yoxdur”. Sobchak-ın fikrincə, son illər bu mənada heç nə dəyişməyib.

Teleaparıcı əmindir ki, seçki əvvəlki kimi, nəyisə dəyişməyin yeganə yoludur.

“Aleksei Navalny-dən ötrü indi necə ağır olduğunu anlayıram, amma ümumi iş daha vacibdir”, – Sobcak “Instagram”da yazıb. O, yenə də Rusiyanın bütün demokratik müxalifət qüvvələrini birləşməyə çağırıb, Navalny-yə təklif edib ki, seçkiyə namizədliyi qeydə alınarsa, onun nümayəndəsi olsun.

Elə Navalny-nin özü də bazar ertəsi hamını seçkiyə getməyə və Vahid Rusiya-dan başqa istənilən partiyaya səs verməyə çağırmışdı. Mərkəzi seçki komissiyası onun namizədliyini qeydiyyata almayandan sonra Navalny seçici tətilinə çağırıb.

Rusiyada prezident seçkisi gələn il martın 18-nə təyin olunub.