AB-dən Navalny-nin seçkiyə buraxılmamasına reaksiya

Aleksei Navalny

Rusiyanın müxalif siyasətçi Aleksei Navalny-ni 2018-ci il prezident seçkisinə buraxmaması bu ölkədə “siyasi plüralizmə ciddi şübhə salır”. Bunu Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini-nin sözçüsü Maja Kocinjancic deyib.

Sözçü dekabrın 26-da danışıb. Ondan bir gün öncə Rusiya Mərkəzi Seçki Komissiyası Navalny-nin namizədliyinin qeydə alınmamasına qərar verib. Onun barəsindəki mənimsəmə ittihamları əsas gətirilib. Navalny bu ittihamları siyasi motivli adlandırmışdı.

Kocijancic dekabrın 26-da bildirib ki, Avropa İnsan Haqları Məhkəməsi 2013-cü ildə Navalny barədə qərarında onun ədalətli mühakimə olunmadığını qeyd edib. Kocijancic-in sözlərinə görə, “siyasi motivli ittihamlar siyasi iştiraka qarşı istifadə olunmamalıdır”.