Müəllimləri təhqir etdiyinə görə cərimələndi

Shavkat Mirziyoev

Özbəkistanın Əndican şəhərinin başçısı müəllimləri ictimaiyyət qarşısında təhqir etdiyinə görə cəzalandırılıb. İndiyədək Özbəkistanda belə bir məhkəmə qərarının çıxarılmadığı bildirilir.

Baş Prokurorluq dekabrın 26-da bildirib ki, yerli məhkəmə Dilmurod Rahmatullaev-in bir neçə nəfəri ictimaiyyət qarşısında təhqir etdiyinə görə 5 milyon som (640 dollar) cərimə ödəməli olması barədə qərar çıxarıb.

Özbəkistan 1991-ci ildə müstəqillik əldə edəndən ilk dəfədir ki, məmur vəzifədə olmayan birini təhqir etdiyinə görə cəzalandırılır.

Bu qərardan dörd gün öncə prezident Shavkat Mirziyoev tabeçiliyində olanlarla, yaxud sıravi vətəndaşlarla danışanda vulqar sözlərdən istifadə edən məmurları hərəkətini pisləmişdi.

Mirziyoev çıxışında rəsmiləri vətəndaşlarla kommunikasiyanı yaxşılaşdırmağa çağırıb.

Ötən ilin sentyabrında Özbəkistanı uzun illər idarə etmiş avtokrat lider Islam Karimov-un öldüyü elan olunub. Mirziyoev prezidentin vəzifəsini icra etməyə başlayıb və dekabr seçkisini udub.

Vəzifəyə keçəndən o, ölkənin təcridinin azaldılmasından ötrü addımlar atıb.