Ilya Yashin saxlanıb

Ilya Yashin (ortada) aksiyada

Moskvada polis müxalif siyasətçi Ilya Yashin-i saxlayıb. Müxalifətçinin özü Moskvanın Krasnoselsk rayonunda polis bölməsinə aparıldığını bildirib.

Siyasətçi bu rayonun deputatlar şurasına sədrlik edir.

Yashin dekabrın 24-də “Azad seçkilər günü” təşkil etmişdi. Aksiya rayon bayramı kimi təşkil olunsa da, meriya və ardınca da prokurorluq onu qanunsuz elan edib. Amma tədbirdə saxlanan olmayıb.

Aksiyanın ertəsi günü müxalifətçinin valideynlərinin evinə polislər gəlib. Yashin-in sözlərinə görə, polis əməkdaşları onu axtarmasının səbəbini izah etməsə də, yaşadığı ünvanı müəyyənləşdirmək tapşırığı aldıqlarını deyib.