Putin Aeroflot-un 5 rublluq bilet planını dəstəkləyir

Arxiv fotosu

Rusiyada Dünya Çempionatı zamanı bu ölkənin futbol komandasının oynayacağı şəhərlərə gedən azarkeşlərdən uçuş haqqı kimi yalnız 5 rubl alınacaq. Aeroflot şirkətinin bu planını prezident Vladimir Putin dəstəkləyib.

“Dünya Çempionatının uğurlu keçməsini istəyirik. Rusiyalı azarkeşlərdən çempionat oyunları keçirilən şəhərlərə birtərəfli gediş haqqı kimi, bütün ödənişlər daxil olmaqla, yalnız beş rubl (9 sent) alacağıq”, – Aeroflot-un direktoru Vitaly Savelyev dekabrın 28-də Putin-lə görüşdə deyib. Xəbəri Kremlin vebsaytı yayıb.

Putin gələn ilin martında prezident seçkisinə gedir və Rusiya olimpiya komandasının qış olimpiadasına buraxılmaması ona başucalığı gətirməyib. Prezident Aeroflot-un planını “yaxşı fikir” adlandırıb.

Savelyev-in deməsinə görə, ucuz biletlər yalnız oyunlardan üç gün qabaq və üç gün sonra qüvvədə olacaq, yalnız oyuna biletlərini göstərən rusiyalı azarkeşlərə veriləcək. O, 70 min ucuz biletin satılacağını gözlədiyini bildirib.

2018-ci il futbol üzrə Dünya Çempionatı 14 iyun- 15 iyul tarixlərində Rusiyanın 11 şəhərində keçiriləcək.