İtkin alpinistlərin axtarışı davam edir

Arxiv fotosu

Bu gün, dekabrın 30-u səhər saatlarından Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri də itkin alpinistlərin axtarışına cəlb edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Buna da bax: İtkin alpinistlərin axtarışı davam edir [yenilənib]

«"Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur HüseynovNamin Bünyatzadənin axtarışları davam edir. Nazirliyin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir», – məlumatda vurğulanır.

Buna da bax:

Sizin brauzer HTML5-i dəstəkləmir

İtkin düşən 3 alpinisti tapmaq mümkün olmur

Xatırlatma

Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxan «Gilavar» - hava və ekstrim idman klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə itkin düşüblər.

Alpinistlərin axtarışına ancaq dekabrın 27-dən başlanıb.