“Sovetski”də ikinci köçürmə başlanır

Bakı , "Sovetski"

Bakının bir vaxtlar "Sovetski” adlanan ərazisində növbəti köçürmə prosesinə start verilir.

Bunu APA-ya Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Köçürmə üzrə İşçi Komissiyasının sədri Səməd İslamov bildirib:

“Nabat Aşurbəyova (keçmiş Mustafa Sübhi), Süleyman Tağızadə, Abdulla Şaiq, Çingiz Mustafayev küçələri arasında 1130 yaşayış və qeyri-yaşayış obyektinin mövcud olduğu müəyyən edilib. Habelə, Nəriman Nərimanov prospekti ilə İsmayıl Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasında 880 yaşayış,qeyri-yaşayış obyekti var”.

S.İslamov deyib ki, növbəti köçürüləcək ərazi 14,7 hektar sahəni əhatə edir. Hazırda söküntü və qiymətləndirmə ilə bağlı sənədləşdirmə işləri göülür:

“Yeni ilin ilk ayından növbəti köçürülmə prosesinə start veriləcək”.

Xatırlatma

Bu, ilin avqustunda həmin ərazidə birinci köçürülmə prosesi başa çatıb. Adı çəkilən məhəllədə ilk köçürmə zamanı 26 hektardan çox sahəni əhatə edən ərazidə 4300-ə yaxın yaşayış obyektləri sökülüb.

Bu zaman vətəndaşlara hər kavadratmetrə görə 1500 manat kompensasiya ödənilib. Bəzi ailələr kompensasiyanın az olduğunu bildirərək dirəniş göstəriblər. Evi sökülənlərdən onlarla ailə isə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib.