İran hökuməti etirazları cilovlamaq üçün sosial mediaya məhdudiyyətlər qoyur

Zəncanda etirazlar

İran hökuməti sosial media şəbəkələrinə məhdudiyyətlər qoymağa başlayıb.

Xəbər verilir ki,dördüncü gününə qədəm qoyan geniş antihökumət aksiyalarının iştirakçıları hərəkətlərini koordinasiya etmək üçün bu şəbəkələrdən istifadə edirlər.

Dekabrın 28-də Məşhəddə başlayıb bütün ölkəyə yayılan antihökumət nümayişləri 2009-cu ildən bəri ən güclü etirazlar sayılır.

İrib dövlət agentliyinin verdiyi xəbərə görə Telegram və Instagram fotopaylaşma platformalarına qoyulmuş məhdudiyyətlər “müvəqqəti” xarakter daşıyır.

Hökumət bildirir ki, bu tədbirə “cəmiyyətin asayiş və təhlükəsizliyinin təminatı üçün əl atlılıb”.

***

İran hökuməti dekabrın 31-də etirazçılara xəbədarlıq edib ki, Doroud şəhərində iki adamın ölümünə gətirən qanun pozuntularının “hesabını verəcəklər”.

Fərda Radiosunun məlumatına görə, Tehran universiteti yanında dekabrın 30-da etirazçılar “Seyyid Ali Khamenei, sənə ar olsun!” – şüarı qışqırıblar.

Reutersin məlumatına görə isə, şüarlar arasında “Yaşasın Rza şah” kimi şüarlar da var.

Tehranda cümə namazlarına başçılıq edən Ahmad Khatami belə şüarlara görə, cəzalandırmağı tələb edib.

Hökumət sözçüsü Mohammad Bager Nobakht isə televiziya ilə çıxışında deyib ki, yeni ildəİranda 830 min yeni iş yeri yaradılacaq. Hazırda İranda 3 milyon 200 mnin rəsmi işsiz var.

***

İranda hökumət əleyhinə etirazlarda azı 2 nəfər ölüb.

Yarı-rəsmi Mehr informasiya agentliyi Lorestan vilayətinin qybernator müavini Habibollah Khojastepourun dekabrın 31-də dediklərini sitat gətirir ki, Doroud şəhərində “qanunsuz toplaşma və dava” “bizim 2 əziz Doroud sakinimizin ölümünə gətirdi”.

Sizin brauzer HTML5-i dəstəkləmir

İranda etirazlarda azı 2 nəfər ölüb

O daha sonra dövlət televiziyasına deyib ki, “Polis və təhlükəsizlik qüvvələri bir güllə belə atmayıblar. Biz sübutlar tapmışıq ki, Takfiri qruplarının və xarici agentlərin burda əli var”.

İranda “Takfiri” deyəndə sünni yaraqlılar, xüsusilə İslam Dövləti Qruplaşması nəzərdə tutulur.

Tehranda etirazlar

İranda bahalanma, iqtisadi çətinliklər əleyhinəetirazlar dekabrın 28-də başlanıb və bütün ölkəyə yayılır. Dekabrın 30-da bu etirazların gərginliyi daha da artıb.

Yumurtanın, toyuq ətinin və əsas ərzağın bahalanmasına etiraz kimi başlanan nümayişlər tezliklə hökumət əleyhinə şüarlara gətirdi. Hətta İranın xarici siyasəti küçə nümayişlərində tənqid olunur.

Sosial mediada yayaılan videoda Məşhəd şəhərində etirazçılar polis maşınını çevirir və polis motosikllərini yandırır.

Buna da bax: İran polisi "Azadlıq ya ölüm" deyən etiraz aksiyasını dağıdıb (VIDEO)

Nümayişlərin 3 günü ərzində onlarla adam tutulub.

İrandakı bu nümayişlər 2009-cu ildən bəri hakimiyyətinin üzləşdiyi ən ciddi etirazlardır.