Azərbaycan nefti 70 dollara yaxınlaşır

Neft Daşları

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.

AZƏRTAC-ın xəbərinə görə, «AzəriLayt» markalı neftin bir barrelinin qiyməti 1.30 dollar bahalaşıb. İndi Azərbaycan nefti 69.89 dollara satılır.

Londonun ICE (InterContinental Exchange Futures) birjasında «Brent» markalı neftin bir barrelinin qiyməti də 0.33 dollar artıb. Hazırda «Brent» neftin də 68.17 dollara satıldığı bildirilir.

Nyu-Yorkun NYMEX (New York Mercantile Exchange) birjasında «Layt» markalı neftin bir barrelinin qiymətinin isə 0.52 dollar bahalaşaraq, 62.15 dollara yüksəldiyi açıqlanıb.

Bu, son illər Azərbaycan neftinin qeydə alınan ən yüksək qiymətidir. Azərbaycan «qara qızıl»ının ən baha dövrü 2008-ci ildə qeydə alınıb. Həmin vaxt «AzəriLayt» markalı neft 149 dollara satılırdı. 2014-cü ildən neftin qiymətində ucuzlaşma baş vermişdi.