Yeni ilin ilk hərracında məzənnə dəyişmədi

Dollar

Yanvarın 4-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

Mərkəzi Bankın yaydığı xəbərə görə, hərracda manatın ortaçəkili məzənnəsi 1.7001 səviyyəsində formalaşıb.

Bu gün, yanvarın 4-də də elə rəsmi məzənnəyə görə, 1 dollar 1.7001 manata bərabər olmuşdu.

Son hərraclarda məzənnə dəyişməz qalır.

Amma ötən il manatın dollara nisbətən 4 faiz bahalaşdığı bildirilir.