Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edildiyi deyilir.
APA-nın xəbərinə görə, deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayev nümayəndə heyətinin tərkibindən çıxarılıb. Onların əvəzinə Ülviyyə Ağayeva və Asim Mollazadənin təyin olunduğu qeyd edilir. Bundan əvvəl isə heyətə Elşad Həsənovun əlavə edildiyi vurğulanırdı.
Hazırda nümayəndə heyətinin bu üç nəfərdən başqa, Səməd Seyidovdan (sədr), Qənirə Paşayevadan, Fazil Mustafadan, Sabir Hacıyevdən, Sahibə Qafarovadan, Sevinc Fətəliyevadan, Rəfael Hüseynovdan, Rövşən Rzayevdən və Vüsal Hüseynovdan ibarət olduğu deyilir.
Bir müddət öncə E.Süleymanovla M.Məmmədovun adı yerli və xarici KİV-lərdə AŞPA təmsilçilərinə rüşvət verməkdə hallanırdı. Hərçənd, Azərbaycanın AŞPA-dakı təmsilçiləri bu iddiaları qəbul etmirlər.