MN və Hərbi Prokurorluq birgə sənəd imzalayıb

Müdafiə Nazirliyi

2018-ci il yanvarın 5-də Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.

Bu haqda Müdafiə Nazirliyinin (MN) yaydığı məlumatda bildirilir.

Məlumata görə, tədbirlər planı Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədi güdür.

Bu tədbirlər bütün ili əhatə etməlidir.

Plana görə, il ərzində birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində müxtəlif kateqoriyalardan olan hərbi qulluqçularla görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması nəzərdə tutulur.

Bundan əlavə, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi qarşıya məqsəd kimi qoyulur.