Xəzər dənizində zəlzələ olduğu bildirilir.
Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, 2,7 maqnitudalı zəlzələ yerli vaxtla 18:54-də Nardarandan 24 km şimalda dənizdə qeydə alınıb.
5 km dərinlikdə baş verən yeraltı təkan dənizkənarı yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Dağıntı və tələfat haqda məlumat yoxdur.