Yanvarın 6-da İranın Kirmanşah əyalətində baş verən zəlzələdə azı 21 nəfər yaralanıb.
Dövlət Televiziyasının məlumatına görə, yeraltı təkanlar 5,1 bal gücündə olub.
Ötən ilin noyabrında İranda baş verən 7,3 ballıq zəlzələ nəticəsində 600-dən çox adam ölüb, 9 mindən çox adamsa xəsarət alıb.
Qeyd edək ki, İran seysmik cəhətdən həssas zonada yerləşir.