Parisdə “Şarli Ebdo” jurnalının ofisinə hücumda ölənlərin xatirəsi anılıb

Emmanuel Macron

Parisdə 3 il əvvəl satirik “Şarli Ebdo” jurnalının redaksiyasına edilmiş hücumda ölənlərin xatirəsi anılıb.

Prezident Emmanuel Macron qəzetin keçmiş ofisi qarşısına əklil qoyub.

Mərasimdə Macronla yanaşı, həmin vaxt sağ qalmış jurnalistlər, Paris meri Enn İdalgo və digər hökumət üzvləri və iştirak ediblər.

2015-ci il yanvarın 7-də jurnalın ofisinə edilmiş silahlı basqında jurnalın baş redaktoru, 3 rəssam və 2 polis də daxil olmaqla 12 adam ölüb.

Terrorçular jurnalı Məhəmməd peyğəmbərin karikaturlarını çap eləməkdə ittiham edirlər.