Suriya ordusu bildirir ki, yanvarın 9-da səhər saatlarında İsrail paytaxt Dəməşq yaxınlığına qırıcı təyyarələrlə zərbələr endirib, yer-yer tipli raketlər atıb.
Məlumatı Suriyanın dövlət mediası yayıb.
Suriya ordusu bir İsrail təyyarəsini vurduğunu, İsrail ərazisindən atılan bir neçə raketi tutduğunu bildirir.
İsrail Suriya ordusunun iddiasına, hələlik, reaksiya verməyib.