Yanvarın 16-da ABŞ prezidenti Donald Trump Ağ evdə qazaxıstanlı həmkarı Nursultan Nazarbaev-lə görüşəcək.
Ağ ev yanvarın 9-da bildirib ki, iki lider “regional təhlükəsizlik məsələlərində strateji tərəfdaşlığımızı və iqtisadi əməkdaşlığı gücləndirməyin yollarını müzakirə edəcəklər”.
Qazaxıstanın BMT-dəki səfiri Kairat Umarov yanvarın 1-də BMT Təhlükəsizlik Şurasının rotasiyalı prezidentliyi postuna keçib və artıq qurumda İrandakı etirazlar və digər məsələlərdə bağlı qızğın müzakirələr olub.
Yanvarın 9-da ABŞ-ın Qazaxıstandakı səfiri George Krol-u qəbul etmiş Nazarbaev deyib ki, terrorçuluqla mübarizədə, nüvə silahlarının yayılmamasında, ticarət və investisiyanın genişləndirilməsində Vaşinqtonla əməkdaşlığa ümid edir.
Onun sözlərinə görə, Qazaxıstanda ABŞ-ın iştirak etdiyi 500-dək şirkət var və onlardan 140-dan çoxu birgə müəssisədir.