Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu Rusiya və İranı çağırır ki, Suriya sülh planına uyğun olaraq öhdəliklərinə əməl etsinlər və Suriya hökumət qüvvələrinin İdlib əyalətinə hücumlarını önləsinlər. O, pozuntuların həmin ölkələrin dəstəyi olmadan baş verməsini mümkünsüz sayır.
Yanvarın 10-da Anadolu dövlət xəbər agentliyinə müsahibəsində Cavusoglu Suriya hökumət qüvvələrini islamçı ekstremistlərlə savaş adı altında mötədil müxalifət qüvvələrinə hücumlarda ittiham edib.
O, həmçinin Suriya prezidenti Bashar al-Assad hökumətinin iki əsas müttəfiqi olan Rusiyayla İranı, Türkiyəylə həmsərhəd, üsyançıların əlində olan İdlibə hava hücumlarını dayandırmağa çağırıb.
Yanvarın 8-də Suriya hökumət qüvvələri İdlibə tərəf irəliləyərək 14 kəndi tutublar. İdlib Suriyanın şimalında üsyançıların əlində olan ən böyük anklavdır.