Dekabrda gömrükdən gəlir artıb, amma…

Gömrük

Ötən ilin dekabr ayında Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 225 mln. 379.6 min manat daxil edib.

Bu haqda komitənin məlumatında yazılır.

Məlumata görə, daxilolmalar artıb. Əvvəlki ayın, yəni 2017-ci ilin dekabr ayı ilə müqayisədə daxilolmalar 8 mln. 365.2 min manat çoxalıb.

2016-cı ilin dekabr ayı ilə müqayisədə isə daxilolmalar azalıb. Azalma 9 mln. 625.8 min manat təşkil edib.