Çexiyada prezident seçkisinin ikinci mərhələsi keçiriləcək

Milos Zeman və həyat yoldaşı Ivana 2018, Çexiyada seçki

Çexiyada prezident seçkisinin birinci mərhələsi başa çatıb.

Seçkidə 50 faiz seçici iştirak edib.

Prezidentlik uğrunda 9 namizəd mübarizə aparıb.

Səslərin təxminən hamısının sayılması indiki prezident Milosh Zemanın 38,6 onun əsas rəqibi, Akademiyanın keçmiş rəhbəti Jiri Drahosh-un isə 26,5 faiz səs topladığını göstərir.

Seçkidən əvvəlki proqnozlar Zemanın elə 1-ci mərhələdə qalib gələcəyini göstərirdi.

Amma indi görünür seçkinin ikinci mərhələsi keçirilə bilər.

Seçkinin ikinci mərhələsi yanvarın 26-27-ə təyin edilib.

Zeman miqrantlara qarşı mövqei, rusiyapərəst və çinpərəst siyasəti ilə tanınır.

Jiri Drahos isə avropapərəst liberaldır.