Tunislilər ölkədəki çevirilişin 7-ci ildönümünü etiraz aksiyaları ilə qeyd edirlər

Tunis.10 yanvar.2018. Etiraz aksiyası

Tunisdə sosial tələblərlə etiraz aksiyaları davam edir.

Yanvarın 14-də-keçmiş prezident Zine El Abidine Ben Ali-nin devirilməsinin 7-ci ildönümündə yüzlərlə adam ölkə paytaxtında etiraz aksiyasına çıxıb.

Aksiyanı siyasi partiyalar və həmkarlar ittifaqları təşkil edib.

Qiymət artımı, yoxsulluq və açlığa etiraz edən aksiyaçılar “oğruları” ölkəni talamaqda ittiham ediblər.

Hakim koalisiyanın tərəfdarları isə çevirilişin 7 illiyini ayrıca yürüşlə qeyd ediblər.

Qeyd edək ki, Tunisdə prezident Bin Ali-nin 23 illik hakimiyyətinə demək olar ki, rahat, demokratik yolla son qoyuldu.

Amma çevirilişin üstündən 7 il ötsə də ölkədə iqtisadi vəziyyət heç də yaxşı deyil.

Hər il qiymətlər artır, yeni iqtisadi tədbirlər əhalini qıcıqlandırır.

Hakimiyyət əlavə dəyər vergisi tətbiq etdiyinə və sosial sığorta haqlarını qaldırdığına görə, yanvarın 7-dən ölkənin şəhər və qəsəbələrində dinc etiraz aksiyaları, gecələr isə hərc-mərclik başlayıb.

Daxili işlər nazirliyi zorakılıq,qarətçilik və soyğunçuluqda şübhəli bilinən 800-dən çox adamın həbs edildiyini bildirir.