Lavrov illik mətbuat konfransı keçirəcək

Sergei Lavrov

Yanvarın 15-də Rusiyanın xarici işlər naziri Sergei Lavrov illik mətbuat konfransı keçirəcək. Yerli və xarici media üçün nəzərdə tutulmuş konframs yerli vaxtla səhər 10-a planlaşdırılır.

Rəsmilərin deməsinə görə, Lavrov Birləşmiş Ştatlar, Ukrayna, NATO, Avropa Birliyi, Suriya və Koreya yarımadasıyla münasibətlərdən danışacaq.

Lavrov yanvarın 18-19-da Nyu Yorkda BMT Təhlükəsizlik Şurasının iki iclasına qatılacaq.

Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova-nın sözlərinə görə, Təhlükəsizlik Şurasının iclaslarında kütləvi qırğın silahlarının yayılmaması və Əfqanıstandakı durum müzakirə olunacaq.