Elmar Məmmədyarov Fransaya gedir

Elmar Məmmədyarov

Xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfər edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında belə yazılır.

Elmar Məmmədyarov 17-18 yanvar tarixlərində Fransada olacaq. Səfər işgüzar məzmun daşıyır.

Səfər çərçivəsində nazir Fransadan olan həmkarı və digər rəsmi şəxslər, həmçinin YUNESKO-nu rəhbərliyi ilə görüşməlidir.