Dağlıq ərazilərdə qar gözlənir

Qar

Yanvarın 17-də Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Cənub küləyinin əsəcəyi, gündüz arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 0-3, gündüz 5-7, Bakıda gecə 1-3, gündüz 5-7 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da havanın, əsasən, yağıntısız olacağı bildirilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 0-5 dərəcə şaxta təxmin edilir.