«Türkiyə ilə Azərbaycan bu il də böyük layihələr həyata keçirəcək».
Prezident İlham Əliyev bu gün, yanvarın 16-sı Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə belə deyib.
Prezident 2018-ci ilin ölkələrin tarixində önəmli hadisələrlə zəngin olacağına əminliyini bildirib. O, iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin daim möhkəmləndiyini, Azərbaycan ilə Türkiyənin beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq və qarşılıqlı dəstək nümayiş etdirdiklərini vurğulayıb.
V.Bozkır isə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətin Türkiyə olmasının 25 illiyinin təntənəli qeyd olunması ilə bağlı bir sıra tədbirlərin həyata keçiriləcəyini bildirib.
O, vurğulayıb ki, səfərdə məqsədləri iki ölkə parlamentləri arasında əməkdaşlıq əlaqələrini daha da gücləndirməkdir.