2017-ci ildə ölkədə 39.6 milyard manatlıq sənaye məhsulu istehsal edilib.
Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Məlumatda vurğulanır ki, əvvəlki illə müqayisədə sənayenin qeyri-neft sektorunda məhsul istehsalının 3.7 faiz artmasına baxmayaraq, neft sektorunda 4.7 faiz azalma baş verib. Nəticədə sənaye məhsulunun ümumi istehsalı 3.4 faiz azalıb.
Sənaye məhsulunun 69.9 faizi mədənçıxarma sektorunda, 24.7 faizi emal sektorunda, 4.6 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda baş verib. 0.8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 5.6 faiz, əmtəəlik qaz hasilatı isə 3 faiz azalıb.