Atletlərin dopinq testindən öncə oyunlardan çıxması araşdırılır

RUSADA-nın ofisi

Rusiya Yüngül Atletika Federasiyası bildirir ki, İrkutskda dopinqi yoxlayanlar gəlməmişdən yarışdan qəfil çəkilən onlarla atletlə bağlı məsələni araşdırır.

Federasiya yanvarın 17-də bildirib ki, atletlərdən bu addımın səbəbini izah etmək istənilib və “daxili təhqiqat” başlanıb.

Rusiyanın “Championat” vebsaytının yazdığına görə, ötən həftə İrkutskda Sibir çempionatı keçirilən zaman ölkənin antidopinq laboratoriyasının əməkdaşları qəfil gəlincə 36 atlet yarışlardan çəkilib, bəziləri xəstələndiyini bildirib.

Federasiyanın bəyanatına görə, qurum RUSADA antidopinq agentliyinə regional yarışmalara daha çox diqqət ayırmağı tövsiyə edib, “çünki Rusiya yüngül atletikasının bu seqmentində dopinqlə bağlı müəyyən problemlər aşkarlanıb”.

Bu, rusiyalı atletlərin dopinq testindən yayınmasıyla bağlı ilk hal deyil. Ötən il federasiya yarışlardan qəfil çəkilməklə bağlı beş halı araşdırmağa başlamışdı.

2015-ci ilin noyabrından Rusiyanın milli atletika komandakı beynəlxalq tədbirlərdən uzaqlaşdırılır. Səbəb Rusiyada dopinqdən geniş istifadəylə bağlı yayılmış iddialardır.