Belqradda kokainə görə üç avstraliyalı saxlanıb

Litvada müsadirə olunmuş 600 kiloqramlıq kokain, avqust, 2017-ci il

Serbiya polisi üç Avstraliya vətəndaşını saxlayıb. Onlar Avstraliya tarixində ikinci böyük həcmli kokain müsadirəsi üzrə aparılan birgə istintaq çərçivəsində saxlanıblar.

Üç nəfər yanvarın 18-də Belqradda bir otelin lobbisində saxlanıblar, üstlərində 620 min avro (784 min dollar) və Asiya, Avropa valyutalarıyla minlərlə dollar olan çanta çıxıb.

Polis bildirir ki, bu şəxslərin ötən apreldə Sidneydə lövbər salmış Çin yük gəmisində aşkarlanmış 1,28 ton kokainlə bağlılığı var.

Avstraliya polisi həmin kokainin küçə dəyərinin 400 milyon ABŞ dolları olduğunu bildirir.

Avstraliyada saxlanan olmasa da, təhqiqat gedir.

Bu ölkədə indiyədək müsadirə olunmuş ən irihəcmli narkotik maddə ötən fevralda bir yaxtada aşkarlanmış 1,4 ton kokain olub.