Yanvarın 18-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Bu barədə məlumatı Mərkəzi Bank yayıb.
Mərkəzi Bankın bildirməsinə görə, hərracda manatın ortaçəkili məzənnəsi 1.7001 səviyyəsində formalaşıb.
Rəsmi məzənnəyə görə, bu gün, yanvarın 18-də də elə 1 dollar 1.7001 həddində idi. 2017-ci ilin sonu və 2018-ci ildən keçirilən hərraclarda məzənnə, bir qayda olaraq, dəyişməz qalır.
2017-ci ildə isə ümumilikdə manatın dollara nisbətdə 4 faiz bahalaşdığı bildirilir.