Avtobusun yanmasının səbəbləri araşdırılır

Yanmış avtobus

Qazaxıstan prezidenti Nursultan Nazarbaev özbək həmkarı Shavkat Mirziyoev-ə başsağlığı teleqramı göndərib. Hər iki tərəf Qazaxıstandan keçən avtobusun yanması nəticəsində 52 özbəyin ölməsini araşdırmağa başlayıb.

Aqtobe regionundan keçən avtobus Rusiyaya gedən özbək miqrantları aparırmış. Yanğından yalnız beş nəfər sağ çıxıb. Bu, bütün dünyada son beş ildə ən çox ölümlə nəticələnmiş qəza sayılır.

Qazaxıstanın investisiyalar və inkişaf nazirliyinin yanvarın 18-də yaydığı bəyanata görə, Almaniyada hazırlanmış Setra avtobusu 29 ilin maşınıymış, amma sərnişin daşımağa lisenziyası olmayıb və texniki təhlükəsizlik sertifikatı 2016-cı ildə bitib.

RIA Novosti yazıb ki, ikimərtəbəli avtobusun yan qapısı bağlanıb və sərnişinlər yanğından xilas ola bilməyib.

Özbəkistan prezidenti Shavkat Mirziyoev yanvarın 18-də axşam yanğının səbəblərini araşdırmaqdan ötrü xüsusi hökumət komissiyası yaradıb.