Prezident seçkilərinə hazırlıq başlayıb

Məzahir Pənahov

“Seçkilərə hazırlıq əvvəlki illərdə olduğu kimi, yanvar ayından başlayıb. Seçici siyahılarını dəqiqləşdirməklə məşğuluq”.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Bu il oktyabr ayında Azərbaycanda prezident seçkisi keçiriləcək.

Azərbaycan müstəqillik əldə etdikdən sonra buna qədər ölkədə 6 prezident seçkisi keçirilib.

Azərbaycanda 2015-ci ildə keçirilən parlament seçkilərində seçicilərin sayının 5 milyon 93 min 289 nəfər olduğu açıqlanmışdı.