Rusiya prezidenti Vladimir Putin Aleksandr Grushko-nu NATO-dakı səfir postundan kənarlaşdırıb və xarici işlər nazirinin müavini təyin edib.
Grushko-yla bağlı fərmanlar yanvarın 22-də prezidentin rəsmi səhifəsində yerləşdirilib.
Grushko-nu NATO-da kimin əvəzləyəcəyi barədə məlumat yoxdur.
NATO ilə Rusiyanın münasibətləri Moskvanın Krımı tutması, Ukraynanın şərqində separatçıları dəstəkləməsi ucbatından gərginləşib. Bəzi insidentlər zamanı hərbi alyans Rusiya təyyarələrinin onun təyyarə gəmilərinə təhlükəli dərəcədə yaxınlaşdığını bildirib.
62 yaşlı Grushko diplomat karyerasına 1977-ci ildə başlayıb, 2012-ci ilin oktyabrından Rusiyanın NATO-da elçisi idi.