“Save the Children”-a hücum olunub

Hadisə yeri

Əfqanıstanda “Save the Children” beynəlxalq yardım agentliyinin ofislərinə hücum olub, azı 11 nəfər xəsarət alıb.

Nangarhar vilayəti qubernatorunun sözçüsü Attaullah Khogyani deyib ki, partlayış yanvarın 24-də qurumun ölkənin şərqindəki Calalabad şəhərindəki binası qarşısında törədilib.

Silahlılar daha sonra binaya giriblər.

Khogyani hücum edənlərlə təhlükəsizlik qüvvələri arasında atışmaların davam etdiyini söyləyib.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Yanvarın 20-də Kabildə talibançılar dəbdəbəli otelə hücum edərək əcnəbilər daxil olmaqla, azı 30 nəfəri qətlə yetiriblər.